AZ

Avropa bankları maliyyələşməni təmin etməkdən imtina etdiyi bir vaxtda AİB Azərbaycana kömək edib - İ.Əliyev

İyunun 27-cə Azərbaycan prezidenti İlham Əliyev Asiya İnkişaf Bankının (AİB) rəhbəri Masatsuqu Asakavanı qəbul edib.

Dövlət başçısının saytının verdiyi məlumata görə, Əliyev Azərbaycan iqtisadiyyatının həm ölkəmiz, həm də regional əməkdaşlıq üçün önəm daşıyan sahələrinin inkişafına Bankın verdiyi dəstəyə görə minnətdarlığını bildirib.

Dövlət başçısı Azərbaycan təbii qazının nəql edilməsi layihələrinə Avropa maliyyə institutları tərəfindən bəzi maliyyə gecikmələrinin olduğu zaman bu məsələdə Asiya İnkişaf Bankının birmənalı dəstəyini yüksək qiymətləndirib.

"Azərbaycan Avropanı qazla təmin etdiyi halda Avropa bankları maliyyələşməni təmin etməyə hazırlıq nümayiş etdirməyiblər, lakin Asiya İnkişaf Bankı bunu edib", deyə Əliyev qeyd edib.

Onun sözlərinə görə, Azərbaycanın Xəzəryanı ölkələr və digər regionlarla güclü iqtisadi bağlantının yaradılması ilə əlaqədar  Asiya İnkişaf Bankı ilə mövcud səmərəli əməkdaşlığın davam etdirilməsi məqsədilə yeni istiqamətlərin müəyyənləşdirilməsinin vacibliyini vurğulayıb.

Asakava gələcəkdə də Azərbaycanın qarşısında duran strateji prioritetlərin reallaşması istiqamətində Asiya İnkişaf Bankı ilə Azərbaycan arasında əməkdaşlığın uğurla davam edəcəyinə ümidvarlığını bildirib.

Söhbət zamanı yaşıl enerjinin istehsalı və ixracı məsələlərinə toxunulub.

Bundan başqa, Şimal-Cənub dəmir yolu layihəsi ilə bağlı əməkdaşlıq məsələlərinə toxunulub, Mərkəzi Asiya dövlətlərinin nəqliyyat sahəsində Azərbaycanla əlaqələrinin daha da genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
turan.az

1Mənbələr