AZ

Naço bu kluba keçdi

"Real"ın sabiq müdafiəçisi Naçonun yeni klubu müəyyənləşib.

AzxeberSport QOL.az-a istinadən xəbər verir ki, o, karyerasını Səudiyyə Ərəbistanının "Əl-Kadisiyah" klubunda davam etdirəcək. 34 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Naço iyunun 25-də "Real"dan ayrılıb. O, 2011-ci ildən Madrid klubunun əsas komandasnda oynayırdı. Naço "kral klubu" ilə birlikdə 4 dəfə La Liqanın, 6 dəfə Çempionlar Liqasının qalibi, 5 dəfə klublararası dünya çempionatının qalibi olub.

Seçilən
64
3
azxebersport.az

4Mənbələr