AZ

Təbiət möcüzəsi - Maralgöl

Dəniz səviyyəsindən hündürlüyü 1910 m, uzunluğu 700 m, eni 500 m, sahəsi 23 hektardır. Ən dərin yeri 60 m-dir. Maralgölə qalxan yol 296 pillədən ibarətdir.

Azərbaycan göllərindən söz düşəndə şübhəsiz  Göygöl və Maralgöl ağıla gəlir. Bu füsunkar təbiət gözəlliyini görmək, təmiz havasını udmaq üçün gələnlər də saysız-hesabsızdır.

Səfərim zamanı 300 pilləkəni çıxıb çox yorğun halda gözəlliklər məkanı Maralgölə çatdım. Həqiqətən füsunkar təbiət möcüzəsi, heyrətamiz gözəllik. 

Qısacası, 1139-cu ildə Gəncədə zəlzələ nəticəsində isə Kəpəz dağı uçub və Ağsu çayının qarşısını kəsib. Burada ən böyüyü Göygöl olmaqla tərkibində 7 ədəd böyük, ümumilikdə isə 19 ədəd gözəl göllər şəbəkəsi meydana gəlib. Uçqunların əmələ gətirdiyi bənd nəticəsində Göygöl, Maralgöl, Zəligöl, Ağgöl, Şamlıgöl, Ördəkgöl, Ceyrangöl, Qaragöl yaranıb.

Bundan sonra bu göllər Azərbaycanın təbiət möcüzəsinə çevrilib. İllər keçsə də insanlar bu təbiət möcüzəsini görmək üçün məsafələr qət edir və bu möcüzəni gözləri ilə görmək istəyirlər.

Elşən AĞALAR

FOTO

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
xalqqazeti.az

1Mənbələr