AZ

Deputatlarımız ATƏT Parlament Assambleyasının sessiyasıa qatılacaqlar

Milli Məclisin deputatları - ATƏT PA-da nümayəndə heyətinin rəhbəri Azay Quliyev, üzvləri Tahir Mirkişili və Tural Gəncəliyev ATƏT PA-nın "Mövcud təhlükəsizlik arxitekturasında ATƏT-in rolu: Parlament Perspektivi" mövzusunda keçiriləcək 31-ci sessiyasının işində iştirak etmək üçün iyunun 28-də Rumıniyanın Buxarest şəhərinə səfər edəcəklər. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a bildirilib ki, millət vəkilləri qurumun plenar iclasında, Daimi, Siyasi məsələlər və təhlükəsizlik, Demokratiya, insan hüquqları və humanitar məsələlər, İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit komitələrinin yığıncaqlarında iştirak edəcəklər.

İyulun 1-də Azərbaycan nümayəndə heyətinin təşəbbüsü ilə yaradılmış İpək Yolu Qrupunun növbəti iclası keçiriləcək. İclas çərçivəsində "ATƏT PA-nın İpək Yolu Qrupu nə üçün vacibdir: Davamlı əlaqənin və yaşıl enerjiyə keçidin sürətləndirilməsi" mövzusunda dinləmələr keçiriləcək. 
Deputatlarımız komitə və plenar iclaslarda ölkəmiz üçün aktual olan məsələlərlə bağlı çıxış edəcək, sessiyanın gündəliyində olan mövzulara münasibət bildirəcəklər.
Səfər iyulun 4-də başa çatacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
4
olaylar.az

10Mənbələr