AZ

İsrailin keçmiş baş naziri: "Netanyahu İsraili məhv etmək istəyir"

"Netanyahu münaqişəyə son qoyulmasında deyil, müharibənin davam etməsində maraqlıdır".

Bakıvaxtı.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, bunu İsrailin keçmiş baş naziri Ehud Olmert deyib.

Hazırkı baş nazir Benyamin Netanyahunu sərt tənqid edən Olmertin sözlərinə görə, Netanyahu İsrailə xəyanət edir.

"Netanyahunu qovmağın vaxtıdır. Netanyahu müharibənin bitməsini və məhbusların sağ-salamat evlərinə qayıtmasını istəmir. O, İsrailin qonşuları və ABŞ ilə münasibətlərini zəiflətməklə yanaşı, heç vaxt bitməyən müharibə istəyir" - deyə Olmert qeyd edib.

Gülşən Şərif
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
bakivaxti.az

1Mənbələr