AZ

Pirverdilər kəndində vətəndaşlarla növbəti səyyar görüş keçirilib -FOTOLAR

Daşkəsən rayon İcra Hakimiyyəti tərəfindən vətəndaşlarla növbəti səyyar görüş Pirverdilər kəndində keçirilib. Qəbulda RİHBA-nın məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ərazi icra nümayəndəsi və kənd sakinləri iştirak ediblər.
Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının vəzifə səlahiyyətlərini müvəqqəti icra edən V.Məmmədov bildirib ki, 26 İyun – Silahlı Qüvvələr Günü və Azərbaycan Ordusunun yaradılmasının 106-cı ildönümü münasibətilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaranma tarixindən, ordumuzun keçdiyi şərəfli yoldan danışıb. Qeyd edib ki, bütün sahələrdə olduğu kimi ordu quruculuğu sahəsində də Ulu Öndərin misilsiz xidmətləri sayəsində vahid komandanlıq prinsipi ilə idarə edilən nizami ordu yaradılmışdır. Bu gün Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin müdrik siyasəti və uzaqgörən rəhbərliyi ilə yüksək döyüş qabiliyyətinə malik Azərbaycan Ordusu formalaşıb. Bunun nəticəsidir ki, Vətən müharibəsində rəşadətli Ordumuz qısa müddət ərzində düşmənin hərbi texnikasının böyük hissəsini və xeyli sayda canlı qüvvəsini məhv edərək torpaqlarımızı işğaldan azad edib, xalqımıza qələbə sevincini bəxş edib.
Dünən şəhid valideynləri, qazilər, müharibə veteranları, rayonun ictimaiyyət nümayəndələrinin iştirakı ilə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin rayonun Şəhidlər Xiyabanında məzarları üzərinə gül dəstələrinin düzülməsi, ruhlarının dərin hörmət və ehtiramla anıldığını vurğulayıb.
Sonra söz sakinlərə verib.
Kənd sakinləri internet xəttinin çəkilməsinin sürətləndirilməsi, kənddaxili yolların təmir olunması, təbii qaz xəttinin çəkilməsi, Xoşbulaq-Astaf avtomobil yolunun kənd ərazisindən keçən hissəsində, vətəndaşların fərdi yaşayış evinin arxasında sel sularının ötürülməsi üçün əlavə su ötürücü boruların quraşdırılması, meşədən yanacaq üçün odunun alınması məqsədilə kənddən 100 km məsafədə yerləşən Şəmkir rayonuna bilet almağa getmək məcburiyyətində qaldıqlarını bildirərək bu məsələdə onlara kömək olunması, kənddə elektrikverici xətlərdə gərginliyin az olması, Pirverdilər və Tapan kənd ümumi orta məktəblərinin bağlanmamasına kömək olunması, yüksək gərginlikli elektrik xəttinin yerinin dəyişdirilməsi və digər şəxsi məsələlərlə bağlı müraciət ediblər.
Qaldırılan məsələlərin bəziləri yerində həll olunub, bir qismi nəzarətə götürülüb, rayon rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verilib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
moderator.az

1Mənbələr