AZ

SOCAR-ın dövriyyə aktivləri azalıb

Bakı. Trend:

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti SOCAR-ın dövriyyəaktivləri 2023-cü ildə 2022-ci illə müqayisədə 31,4 faiz azalaraq22,933 milyard manat olub.

Trend bubarədə şirkətə istinadən xəbər verir.

31 dekabr 2022-ci ilə olan vəziyyətə əsasən, şirkətin toplamdövriyyə aktivləri 33,431 milyard manat olub.

Dövriyyədən kənar aktivlər ötən ilin analoji dövrü iləmüqayisədə 3,4 faiz artaraq 47,404 milyard manatdan 49,033 milyardmanata çatıb.

Toplam aktivlər 2022-ci ildəki 80,835 milyard manatla müqayisədə11 faiz azalaraq 71,966 milyard manata düşüb.

Qeyd edək ki, SOCAR neft-qaz yataqlarının kəşfiyyatı, neftin,qazın və qaz kondensatının hasilatı, emalı və nəqli, neftin vəneft-kimya məhsullarının daxili və beynəlxalq bazarlarda satışı,təbii qazın sənaye müəssisələrinə və Azərbaycan əhalisinə, habeləAvropaya tədarükü ilə məşğul olur.

Şirkət Gürcüstan, Türkiyə, Rumıniya, İsveçrə, Almaniya vəUkrayna kimi ölkələrdə müxtəlif fəaliyyət, o cümlədən əsasənİsveçrə, Sinqapur və Nigeriyada ticari fəaliyyət göstərir.

X: @Lyaman_Zeyn

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
az.trend.az

1Mənbələr