AZ

Rafa Silva “Beşiktaş”da - Rəsmi

Portuqaliyanın “Benfika” klubunun hücumameyilli yarımmüdafiəçisi Rafa Silva bundan sonra “Beşiktaş”da forma geyinəcək.

Arena.az xəbər verir ki, bu barədə Türkiyə klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

31 yaşlı futbolçu İstanbul təmsilçisinə azad agent kimi keçib. Onunla 3 illik müqavilə imzalanıb.

“Beşiktaş” yeni transferinin müqavilə detallarını da açıqlayıb. Xəbərdə bildirilir ki, futbolçu yeni klubunda hər mövsüm 6 milyon avro maaş alacaq.

Peşəkar karyerasına “Feyrense” klubunda başlamış Rafa Silva daha sonra “Braqa” və “Benfika”da oynayıb. 31 yaşlı yarımmüdafiəçi karyerasında ilk dəfə Portuqaliyadan kənarda futbol oynayacaq.

Silva ötən mövsüm “Benfika”nın heyətində bütün turnirlərdə 52 matça çıxıb, 22 qol vurub, 15 məhsuldar ötürmə müəllifi olub. Onun “Benfika” karyerası bütövlükdə 326 oyun, 94 qol və 79 məhsuldar ötürmədən ibarətdir. O, “Braqa”da 127 (26 qol, 18 assist), “Feyrense”də isə 47 (11 qol) oyun keçirib.

Portuqaliya millisində 2014-cü ilin martında debüt etmiş Rafa yığmada 25 oyun keçirib, 4 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 31 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 14 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
arena.az

1Mənbələr