AZ

“Azərkosmos”un rəhbəri kosmik sahədə fəaliyyət göstərən azərbaycanlı gənc startapları əməkdaşlığa dəvət edib

Bakı, 27 iyun, AZƏRTAC

Kosmik sahənin nümayəndələri bir araya gələrək ortaq məsələləri birgə müzakirə etsələr, həm ölkədaxili, həm də beynəlxalq əlaqələr genişlənər, yeni əməkdaşlıqlar formalaşar. Bu isə ümumilikdə kosmik sahənin inkişafına böyük töhfə verər.

AZƏRTAC xəbər verir ki, bu fikirləri "Azərkosmos"un İdarə Heyətinin sədri Saməddin Əsədov "Baku ID" innovasiya festivalı çərçivəsində “Kosmik İnnovasiya: Biznes strategiyalarının cəmiyyətin tələbləri ilə uyğunlaşdırılması, təxirəsalınmaz çağırışlar, Yer kürəsində həyatın yaxşılaşdırılması” adlı panel sessiyasında çıxışında deyib.

Saməddin Əsədov Azərbaycanda və ölkədən kənarda yaşayan azərbaycanlı gəncləri kosmik sahədə fəaliyyət göstərən startapları və ümumilikdə ideya sahiblərini "Azərkosmos" ilə əməkdaşlığa dəvət edib.

"Əgər sizin kosmik sahəyə dair startapınız və ya kosmosda Data, kosmosa səyahət və sair kosmik ideyalarınız varsa, gəlib bizimlə əlaqə saxlaya bilərsiz", - deyə "Azərkosmos" sədri bildirib.

Qeyd edək ki, AZƏRTAC "Baku ID" innovasiya festivalının media tərəfdaşıdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
1
azertag.az

2Mənbələr