AZ

Avarçəkənlərimiz Avstriyaya yollanacaq

İyunun 28-30-də Avstriyanın paytaxtı Vyanada akademik avarçəkmə üzrə ənənəvi beynəlxalq reqata keçiriləcək. Sport24.az xəbər verir ki, sayca 120-ci dəfə təşkil ediləcək reqatada Azərbaycan komandası 7 nəfərlik heyətlə təmsil olunacaq.
 
Millimizin titullu idmançıları Bəhmən Nəsiri və Ziya Məmmədzadə ilə yanaşı, Murad Sadıqov, Fariz Babayev, Tunar Məmmədzadə, Azər İlyasov və Nurlan Paşayev Vyana beynəlxalq reqatasında çempionluq uğrunda mübarizə aparacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
sport24.az

1Mənbələr