AZ

Bu cür açıqlamalar münasibətləri korlaya bilər- ÖZƏL

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Qriqoryanı "öz əraziləri uğrunda həyatlarını qurban verən erməniləri təhqir etməkdə" ittiham edib və bununla Qarabağın işğalçı ermənilərə "məxsusluğu" iddiasını da irəli sürüb.

"Moskvadan zaman-zaman bu cür açıqlamalar eşidilir. Mariya Zaxarova məlum olduğu kimi, qalmaqallı deputatdır. Tez-tez bu cür açıqlamalar verir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev qeyd edib:

"Biz, onun Qarabağ müharibəsindən əvvəl də, sonra da bu şəkildə açıqlamalarının şahidi olmuşuq. Rusiyadan hələ də bu cür açıqlamaların verilməsi şüphəsiz ki, Azərbaycan-Rusiya münasibətlərinə kölgə sala bilər. Azərbaycan öz torpaqlarını öz gücü hesabına azad edib. Bunu heç kim bizə hazır şəkildə verməyib. Azərbaycan oğullarının qanı hesabına o torpaqlar azad olunub. Faktiki olaraq bütün dünyanın gözü qarşısında bir müharibə olub və Azərbaycan müharibə ilə torpaqlarını azad edib. Halbuki biz, sülh vasitəsi ilə bu məsələni həll etmək istəyirdik. Lakin Ermənistan tərəfinin qeyri-konstruktiv mövqeyi imkan vermədi ki, bu məsələ sülhlə həll olunsun. Buna görə də Rusiyadan istər Zaxarovanın, istərsə də digər qüvvələrin bu cür açıqlamalar verməsi yüksək səviyyədə olan Azərbaycan-Rusiya münasiblərini zədələyə bilər. Yaxşı olar ki, həmin diplomatlar özlərinin davranışlarında bu məsələyə xüsusi diqqət yetirsinlər. Bu, xoş hal deyil. İki dövlət arasındakı münasibətlərin pozulmasına səbəb ola biləcək məsələdir. Bu səbəbdən də Rusiya rəsmiləri belə məsələlərdə ehtiyatlı olmalıdır".

Qiymət Mahir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
olaylar.az

1Mənbələr