AZ

"YAŞIL DÜNYA NAMİNƏ HƏMRƏYLİK: DAYANIQLI GƏLƏCƏK ÜÇÜN TULLANTIDAN DƏYƏRƏ" MÖVZUSUNDA BEYNƏLXALQ FORUM

Forum tullantıların səmərəli idarə olunması sahəsində dayanıqlı təcrübələrin təşviqi, əməkdaşlığın gücləndirilməsi, maarifləndirmənin artırılması, innovasiyaların nümayiş etdirilməsi və yeni təşəbbüslər ətrafında müzakirələrin aparılmasında platforma rolunu oynayır.

Nazirliyin mətbuat xidmətindən Tezadlar.az-a verilən məlumata görə, tədbirdə yerli dövlət qurumları və təşkilatlarla yanaşı özəl sektor, elm və təhsil müəssisələri, vətəndaş cəmiyyəti institutları və beynəlxalq təşkilatların iştirakı ilə müxtəlif ölkələrin və regionların tullantıların idarəedilməsi sahəsindəki təcrübələrinin bölüşülməsi və qarşılıqlı əməkdaşlıq imkanlarının araşdırması nəzərdə tutulur. Tədbir Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədləri (SDG), xüsusilə Məqsəd 11 (Davamlı Şəhərlər və İcmalar) və Məqsəd 12 (Məsuliyyətli İstehlak və İstehsal) ilə sıx əlaqəli olacaqdır.

Foruma tullantı materiallarından hazırlanmış müxtəlif eksponatların və rəsm əsərlərinin nümayişi ilə start verilib. Forum çıxışlar və panel müzakirələri ilə davam edib.

R.XUDATQIZI

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
tezadlar.az

1Mənbələr