Məktəbdə müəllim uğur qazanmayıb və əmək müqaviləsinə xitam verilibsə, o məktəbdə vakansiya olmayacaq. Bunu elm və təhsil naziri Emin Əmrullayev deyib.
Nazir bildirib ki, əmək müqaviləsinə xitam verilən müəllimlərin dərs saatı məktəbdəki digər müəllimlərə veriləcək.
"Əgər o məktəbdə müəllim uğur qazana bilməyib, onun əmək müqaviləsinə xitam verilibsə, o məktəbdə vakansiya olmayacaq. Həmin saatlar məktəbdə işləyən digər müəllimlərə veriləcək. Yox, əgər müəllim bütün sinifi aparırsa, o saatı vermək mümkün deyilsə, vakansiya elan olunacaq. Müəllimlərin işə qəbul imtahanlarından həmin işə gələnlərin bilik səviyyəsi kəsilən müəllimlərin bilim səviyyəsindən bir neçə dəfə yuxarıdadır. Bununla bağlı problemimiz yoxdur", - Əmrullayev jurnalistlərin sualını cavablayarkən qeyd edib.
Gülnar Nazimqızı
www.anews.az