AZ

Ekoloq: Azərbaycan Xəzərin təmizlənməsinə xüsusi həssaslıqla yanaşır

Xəzər dənizindəki problemin həlli istiqamətində bir sıra layihələr həyata keçirilib. Lakin görüləcək işlər çoxdur.
Bu fikirləri BMT Baş katibinin müavini, BMT-nin Ətraf Mühit Proqramının icraçı direktoru İnger Andersen ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayevlə birgə keçirdiyi brifinqdə deyib.
“Bu mənada əsas yük beş Xəzəryanı ölkənin üzərinə düşür ki, onlar birgə səylər göstərməlidirlər. Mən bu gün cənab nazirlə müzakirəmdə də bunu xüsusilə qeyd etdim. Biz dünyanın ən böyük gölünü qorumalıyıq. İqlim dəyişikliyi yağışın və qarın həcminə təsir edir. Biz bu istiqamətdə müzakirələrimizi mütləq formada davam etdirməli və sürətləndirməliyik”, - o əlavə edib.

Ekoloq Qorxmaz İbrahimli "Sherg.az"a bildirib ki, Xəzər dənizi milyon il əvvəl formalaşan və Qafqaz dağları yarandıqca ortaya çıxan dənizdir:

“Vaxtilə Xəzər dənizi ilə Qara dəniz alt Himalay qurşağında su altında qalan dənizlərdir. Hazırda Xəzər dənizinin səviyyəsi aşağı düşməkdədir. Bu o demək deyil ki, Xəzər yaxında quruyacaq. Xəzər dənizi xüsusən Qazaxıstanın və Türkmənistanın SSRİ tərkibində olduğu vaxt ekoloji cəhətdən çox çirklənmişdi. Dəniz neft və sənaye tullantıları ilə çirkli idi. Bu eləcə də Türkmənistana və Rusiyaya da aiddir. Hətta Həştərxan, Volqoqrad ərazisində axıdılan çirkab suları Xəzər dənizinə gəlirdi. Müstəqillik dönəmində Azərbaycan Respublikası Xəzərin təmizlənməsinə xüsusi həssaslıqla yanaşmağa başladı. Ekologiya və Təbii Sərvətlər Nazirliyi, həmçinin Xəzərdən neft çıxaran digər ölkələr də Xəzəri çirkləndirməmək haqqında öhdəlik götürdülər. Azərbaycan dövləti tərəfindən öhdəlikdən əlavə Xəzər və Xəzər ətrafının həm sularının, həm də torpaqlarının çirkabdan təmizlənməsi üçün tövsiyyələr olundu. Eyni zamanda SOCAR Azərbaycanda Xəzər suyunun, Abşeron yarımadasının sovet dönəmindən qalmış çirkabların təmizlənməsində üzərinə düşənləri etdi və etməyə də davam edir. Sovet dönəmində Sumqayıt şəhəri sənaye şəhəri olduğu üçün, ağır kimyəvi maddələr və məhsullar orada istehsal edilirdi. Həmin çirkab suları da Xəzərə axıdılırdı. Xəzərin sahilində neft fabrika zavodlarımız var idi. Dövlət onları müxtəlif yerlərə köçürməklə məsələni həll etdi. Sumqayıtdakı bir çox fabrik və zavodların çoxu nanotexnologiyalar ilə təmin olunduğu üçün çirkab sularının Xəzərə axıdılmasının biraz qarşısı alındı. Xüsusilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xəzərin qorunmasında məsuliyyət daşıdığı üçün Xəzər sularının qorunmasına nəzarət edir. Rusiyanın əsarətində olduğumuz dövrə nisbətən Xəzərdə xeyli canlanma müşahidə olunur. Ancaq çirkab sularının axıdılması və əhalinin Xəzərə tullantılar atması davam edir. Çimərlik sezonlarında Xəzərə atdığımız zibillər dənizdə flora və faunaya zərər verir. Əsas zərər verən amillər isə  kimyəvi zavodların buraxdığı tullantılardır”.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
sherg.az

1Mənbələr