AZ

Azərbaycan ilə Gürcüstan arasında parlamentlərarası münasibətlərin inkişaf perspektivləri müzakirə olunub

Azərbaycan

Tbilisi, 27 iyun, AZƏRTAC

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Tbilisidə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə iki ölkənin müxtəlif qurumları, eləcə də parlamentləri arasında əlaqələrin inkişaf etdirilməsinin vacibliyi qeyd olunub.

Bildirilib ki, parlamentlər ölkələrimiz arasında münasibətlərin daha da genişlənməsində və möhkəmlənməsində mühüm rol oynayır.

Qeyd edilib ki, regional sülhün və sabitliyin əldə olunmasında da parlament diplomatiyası xüsusi rola malikdir.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
azertag.az

1Mənbələr