AZ

Mərkəzi Gömrük Hospitalında tələbələr üçün təlim: “Vaxtın idarə edilməsi” 

27 iyun 2024-cü il tarixində Mərkəzi Gömrük Hospitalında istehsalat təcrübəsi keçən 1 nömrəli Bakı Tibb Kolleci və 2 nömrəli Bakı Baza Tibb Kollecinin tələbələri üçün Dövlət Gömrük Komitəsinin Tibbi xidmət İdarəsinin Elmi-Təcrübi Tədris Mərkəzi tərəfindən hazırlanmış Təlim Fəaliyyət Planına uyğun olaraq növbəti təlim keçirilib.
 
Bu məlumat Aztibb.az-a Mərkəzi Gömrük Hospitalından verilib.
 
Təlim zamanı Mərkəzi Gömrük Hospitalının Planlaşdırma və Marketinq şöbəsinin PR mütəxəssisi Dilarə Zamanova “Vaxtın idarə edilməsi” mövzusunda təqdimatla çıxış edib.
 
Dilarə Zamanova vaxtın düzgün və səmərəli idarə edilməsinin qaydaları və iş prosesində tətbiqinin işgüzarlığa göstərdiyi müsbət təsirləri haqqında ətraflı məlumat verib. Təlim zamanı tələbələri maraqlandıran suallar cavablandırılıb. 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
aztibb.az

1Mənbələr