AZ

Kurban Berdıyevin köməkçilərindən biri müəyyənləşdi

Maxaçqala “Dinamo”sunun qapıçılarla işləyən məşqçisi Yevgeni Şetinen klubdan ayrılıb. O, bundan sonra fəaliyyətini “Turan Tovuz”da davam etdirəcək. “Turan Tovuz”un baş məşqçisi təyin olunan Kurban Berdıyevin köməkçilərindən birinin adı bəlli olub. Matc.az xəbər verir ki, təcrübəli mütəxəssis Rusiyadan qapıçı məşqçisi gətirib. Maxaçqala “Dinamo”sunun qapıçılarla işləyən məşqçisi Yevgeni Şetinen klubdan ayrılıb. O, bundan sonra fəaliyyətini “Turan Tovuz”da davam etdirəcək. “Dinamo” 28 yaşlı məşqçiyə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb. Qeyd edək ki, Kurban Berdıyev “Turan Tovuz”un baş məşqçisi postunda Ayxan Abbasovu əvəzləyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
matc.az

1Mənbələr