AZ

Ağasəlim Mircavadov: "Orda futbol mütəxəssisi və ya futbolu yaxşı bilən adam görmürük"

"Roman Qriqorçuk vaxtilə çempionatımızda çalışıb, özünü də pis tərəfdən göstərməyib. "Neftçi" rəhbərliyi onu "sükan arxasında" görmək istəyibsə, demək ki, belə məsləhət olub". Bu sözləri Sport24.az-a açıqlamasında Ağasəlim Mircavadov deyib. Təcrübəli mütəxxəssis Roman Qriqorçukun ölkənin ən köklü klubuna təyinatını münasibət bildirib. O klub rəhbərliyinin yerlilərdən fərqli, əcnəbi məşqçilərə istənilən şəraiti yaratdığını vurğulayıb: "Ukraynalı ilə klub arasında imzalanan müqavilə şərtlərini bilmirik. Amma görünən odur ki, "ağ-qaralar"ın rəhbərliyi yerli mütəxəssislərlə müqayisədə, əcnəbilərə daha çox şans verib, əlverişli şərait yaradır. Çoxları bu gün Qriqorçukun "Qəbələ"dəki uğurlarından danışır. Unutmayaq ki, ukraynalı məşqçi "qırmızı-qaralar"ı çalışdıranda klubda güclü maliyə imkanları vardı. Məhz bunun sayəsində keyfiyyətli oyunçular transfer olunurdu. Həmin ənənəni "Neftçi"də də həll etmək olacaqmı? Qriqorçuk "Neftçi"də yeni komanda qurmalıdı".
 
Mircavadov onu narahat edən məqama da toxunub: "Hazırda məni narahat edən 2 məqam var. Əvvəla klubun Müşahidə Şurasına nəzər yetirdikdə orda futbol mütəxəssisi və ya futbolu yaxşı bilən adam görmürük. "Neftçi" xeyli vaxtdı idarəçilik və baş məşqşi seçimində əziyyət çəkir. Bir ilə 2 baş məşqçi dəyişikliyi və heç birinin özünü doğrulda bilməməsi yaxşı hal deyil. "Neftçi" Azərbaycan futbolunun flaqmanıdı. Bunu "ağ-qaralar"ın üzvü olan hər bir kəs dərk etməlidi. İkinci, Qriqorçuk heç bir komanda da uzun müddət çalışmayıb. Yəni, onu 4-5 il sabit olaraq bir klubda görməmişik. Ən yaxşı halda 1-2 il baş məşqçi postunda qalıb".ABDULLA İSMAYILOĞLU

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
sport24.az

1Mənbələr