AZ

Silahlı Qüvvələr Günümüzdə ermənilərə qalib gəlmək ikiqat bayram oldu - Taleh İsrafilov

Bakı. Trend:

Bu yarış bizim üçün çox yaddaqalan oldu.

Trend xəbər verir ki, bunuİdman.biz-əAzərbaycanın yunan-Roma güləşi üzrə U-17 millisinin baş məşqçisiTaleh İsrafilov deyib.

O, Serbiyada təşkil olunan Avropa çempionatında iştirak edənkomandasının çıxışını dəyərləndirib. İsrafilov bildirib ki, yarışyüksək səviyyədə keçib: “Yalnız uşaqların qidalanması ilə bağlıproblem yaşadıq. Qalan heç bir baxımdan narahatlıq olmadı. SilahlıQüvvələr Günümüzdə gənclərimizin nəticəsi bizə ikiqat bayram oldu.2 finalda 2 erməniyə qalib gəlib fəxri kürsünün ən yüksək pilləsinəqalxdıq. Komanda hesabında da birinci olduq. Ermənistan yığması isəbu yarışı ikinci yerdə bitirdi. Yarışdan öncə də komandamagüvənirdim. Çünki yaxşı məşqlər keçmişdik və bu yarışlarahazırlaşırdıq. Hər biri öz nəticəsi ilə məni qane etdi. Onlarainanırdım ki, əziyyətimizi yerdə qoymayacaqlar. Sevindirici haldırki, belə də oldu”.

Onun sözlərinə görə, artıq komanda hesabında üçüncü dəfə Avropaçempionu olmaları onları daha da qürurlandırır: “Bu nəticə insanayalnız fəxr hissi bəxş edir. Düşünürəm ki, növbəti yarışlarda dayığmamız belə çıxış edərək bizi sevindirəcək. Vətənə geri döndükdənsonra qarşıdakı planlar barədə rəhbərliklə müzakirələr edəcəyik.Daha sonra qarşıdakı işlərimizi planlayıb yenidən yolumuzabaxacağıq”.

Qeyd edək ki, Novi Sadda Avropa çempionatında 10 güləşçimizdən9-u medal (3 qızıl, 2 gümüş, 4 bürünc) qazanıb və 183 xalla komandahesabında hamını qabaqlayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
az.trend.az

1Mənbələr