AZ

"Ermənistanın konstitusiya aktında Azərbaycana olan ərazi iddiaları dayanıqlı sülh üçün hüquqi konteksdə ciddi əngəldir" - Politoloq

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Tbilisidə gürcüstanlı həmkarı İlya Darçiaşvili ilə keçirdiyi brifinqdə bildirib ki, sülh sazişinin imzalanması üçün işlər aparılır. Bir neçə gün bundan öncə tərəfimizdən Ermənistana son layihə təqdim edilib.

Politoloq Elşən Manafov BiG.AZ-a bildirib ki,Ermənistanın Dövlət müstəqilliyi haqqında konstitusiya aktında Azərbaycana olan ərazi iddiaları dayanıqlı sülh üçün hüquqi konteksdə ciddi əngəldir:

"Azərbaycan sülh muqaviləsinin imzalanması üçün sayca 10-cu layihədir ki,Ermənistana təqdim edir.Bu dəfə rəsmi İrəvana ünvanlanmış təkliflər paketində sülh müqaviləsinin imzalanması üçün Azərbaycan hakimiyyəti tərəfindən Ermənistanın konstitusiyasında müqavilənin gələcək perspektivinə problem yarada biləcək müddəaların aradan qaldırılması təklif olunur.
Ermənistanın Dövlət müstəqilliyi haqqında konstitusiya aktında Azərbaycana olan ərazi iddiaları dayanıqlı sülh üçün hüquqi konteksdə ciddi əngəldir.Müqavilənin imzalanmasından sonra belə məlum müddəaların qüvvədə qalması perspektivdə erməni tərəfinin yeni ərazi iddialar üçün hüquqi baza rolunda çıxış edə bilər.Bundan əlavə
rəsmi İrəvan zamanında Ermənistan SSR Ali Sovetinin Qarabağın Ermənistana birləşdirilməsi haqqında məlum qərarını qüvvədən düşmüş elan etməli,ondan imtina etməlidir.
Bu təkliflərə münasibətdə rəsmi İrəvanın mövqeyi bundan ibarət olub ki,konstitusiya əlavə və dəyişikliklərlə bağlı məsələlərin referendumda müzakirəyə çıxarılması Ermənistanın daxili işidir.Bu mövqe isə rəsmi Bakı tərəfindən qəbul olunmur.Əslində rəsmi İrəvan bu amildən danışıqlarda siyasi spekulyasiya məqsədi ilə yararlanmaq istəyir,sifarişçi isə
Paşinyan vasitəsilə bölgənin geosiyasi durumunu Qərbin xeyrinə dəyişmək istəyən rəsmi Vaşinqtondur".


BiG.Az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
big.az

1Mənbələr