AZ

"Mənim fikrimcə, Ermənistan Aİ-yə daxil olmaq üçün referendum keçirəcək və "hə" deyəcək"

Simonyan: "Mənim fikrimcə, yaxın zamanda biz Avropa İttifaqına üzv olmaq üçün referendum keçirəcəyik. Xalqın "hə" deyəcəyinə inanıram"

"Aysor" nəşrinin məlumatına görə, Ermənistan parlamentinin sədri Alen Simonyan Rus.LSM portalına açıqlamasında ErmənistanıN Avropa İttifaqı dəyərlərini paylaşdığını və onun bir üzvü olmaq istədiyini söyləyib.

Simonyan deyib: "Aİ ailəsinin tamhüquqlu üzvü olmaq üçün bizə dəstək lazımdır".

O, bir neçə gün bundan əvvəl parlamentdə Ermənistanın Aİ-yə daxil olması üçün referendum keçirilməsi məsələsinin müzakirəyə çıxarıldığını bildirib.

Simonyan deyib: "Məncə, yaxın zamanda bu refrendumu keçirəcəyik və xalqımızın "hə" deyəcəyinə inanıram".

Hürr Tərcüman

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
hurriyyet.az

1Mənbələr