AZ

Yeni baş məşqçi xəstəliyini əsas gətirdi, səfərə çıxmaqdan imtina elədi

«Turan Tovuz»la 2,5 illik müqavilə imzalayan Kurban Berdiyev klubun yay planlarını dəyişib.

Bakıda yeni işinin icrasına start verən baş məşqçi bir neçə gün sonra başlayacaq Qəbələ toplanışının ardınca düzənlənməli olan Türkiyə səfərindən imtina edib.

Halbuki qərb təmsilçisi hələ 1 ay öncə Erzurumda otel «bron» eləyib. Komanda iyulun ortasında qardaş ölkəyə yollanmalı, orada 2-3 yoxlama görüşündə qüvvəsini sınamalı idi.

Lakin rusiyalı çalışdırıcı xəstəliyi səbəbindən Erzuruma yollanmağın tərəfdarı olmayıb.

71 yaşlı sükançı uzun müddətdir təzyiqdən əziyyət çəkdiyini, bu səbəbdən dəniz səviyyəsindən 1700 metr hündürlükdə yerləşən Erzuruma gedə bilməyəcəyini söyləyib.

O, bu üzdən Boluya yollanmaq variantını da qəbul eləməyib.

SPORTİNFO.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
sportinfo.az

1Mənbələr