AZ

Türkiyə - Çexiya AÇ tarixinə ən ''çirkli'' oyun kimi düşdü

Böyük həyəcana səbəb olan Türkiyə - Çexiya qarşılaşması vərəqələrin bolluğu baxımından Avropa Çempionatları tarixinə düşdü.

Rumıniyalı hakim İştvan Kovaç hələ 20-ci dəqiqədə çexlərin yarımmüdafiəçisi Antonin Baraka ikinci sarı vərəqəni göstərərək onu meydandan qovdu. Bu, turnirin tarixində ən erkən qırmızı vərəqə oldu. Ümumilikdə Kovaç futbolçulara 20 vərəqə göstərdi. Bunlardan 18-i sarı, 2-si qırmızı vərəqə oldu. Bununla da Türkiyə ilə Çexiyanın dueli AÇ tarixinə ən kobud və ya ''çirkli'' oyun kimi düşdü. İndiyə qədər bu turnirdə heç vaxt bir oyunda 20 vərəqə göstərilməmişdi. Bu 20 vərəqədən 6-sı 90-cı dəqiqədən və final fitindən sonra göstərildi. Orta hesabla Kovaç hər 4,5 dəqiqədən bir cibindən vərəqə çıxardı.

Maraqlıdı ki, bu qədər vərəqələrə baxmayaraq rəsmi statistikaya görə matç ərzində cəmi 25 qayda pozuntusu qeydə alındı. Bir oyuna 20 vərəqə buna qədər AÇ tarixində göstərilməsə də, DÇ tarixində buna rast gəlinib. DÇ-2006-nın 1/8 finalında rusiyalı Valentin İvanov 4 qırmızı, 16 sarı olmaqla ümumilikdə məhz 20 vərəqə göstərmişdi.

ƏLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
1
football-plus.az

2Mənbələr