Bakı. Trend:
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Abşeron rayonu,Ceyranbatan qəsəbəsində, Ceyranbatan su anbarının ərazisində suyunüzərində bir nəfər qadın meyitinin aşkarlanması ilə bağlı məlumatdaxil olub.
Trend FHN-ə istinadən xəbərverir ki, məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli XilasetməXidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunublar.
Həyata keçirilən tədbirlər nəticəsində vətəndaşın meyiti sudançıxarılaraq aidiyyəti üzrə təhvil verilib.