AZ

Bir sıra seçki dairələrinin hüdudları dəyişdirilib

Azərbaycanda bəzi seçki dairələrinin hüdudlarına dəyişiklik edilir. Bunu Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov deyib.

O qeyd edib ki, Azərbaycanda Ağdərə rayonun yaradılması barədə qərar qəbul olunub.

"Bununla bağlı Mərkəzi Seçki Komissiyası tərəfindən müvafiq addımlar atılmalıdır. Tərtər, Kəlbəcər və Ağdam rayonlarının ərazisində qismən dəyişiklik edilməklə Ağdərə rayonu yaradılıb. Bununla bağlı olaraq seçki dairələrinin hüdudlarına dəyişiklik edilməsi zərurəti yaranıb”, - Qasımov Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında əlavə edib.

www.anews.az
Seçilən
60
24
anews.az

10Mənbələr