AZ

Rusiya Olimpiya Komitəsinin rəhbəri söz verdi

Rusiya Olimpiya Komitəsinin rəhbəri Stanislav Pozdnyakov Parisdə keçiriləcək Yay Oyunlarını izləmək fikrində olmadığını bildirib.

32gun.az xəbər verir ki, o bu barədə TASS-a müsahibəsində deyib. 

Rəsmi bunu qarşıdan gələn Olimpiada iştirakçıları arasında Rusiya komandasının olmaması ilə izah edib.

“Mən həmişə Rusiya milli komandasının idmançılarının çıxış etdiyi yarışları izləməkdən həzz alıram . Rusiya Olimpiya komandasının Paris Olimpiadasında iştirakı gözlənilmir. Buna görə də, çətin ki, Oyunları izləyəcəm”, – Pozdnyakov bildirib.

 

2022-ci il fevralın sonunda BOK beynəlxalq idman federasiyalarına müraciət edib və onlara Rusiya və Belarus idmançılarını heç bir yarışa buraxmamağı tövsiyə edib. 2023-cü ilin sonunda təşkilat rus və belarusların 2024-cü il Olimpiya Oyunlarına neytral idmançı kimi qəbul edilməsi barədə qərar qəbul edib. İştirak etmək üçün onlar bir sıra tələbləri yerinə yetirməli və uyğun olmalıdırlar.

Alternativ olaraq Rusiya Dostluq Oyunları formatını yaratdı. İlk Dostluq Oyunlarının 2024-cü il sentyabrın 15-dən 29-dək Moskva və Yekaterinburqda keçirilməsi planlaşdırılırdı . Dostluq Oyunlarının təşəbbüskarı və əlaqələndiricisi Beynəlxalq Dostluq Assosiasiyasıdır (İFA) İyunun 7-də Dostluq Oyunlarının təşkilat komitəsinin baş direktoru Aleksey Sorokin tədbirin təxirə salınacağı ilə bağlı məlumatı təsdiqləyib.

Nilay 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
32gun.az

1Mənbələr