AZ

Güləş üzrə Ukrayna millisinin azərbaycanlı məşqçisinə Bakıda xüsusi mükafat verilib

Bakı, 27 iyun, AZƏRTAC

Yunan-Roma güləşi üzrə Ukrayna millisinin böyük məşqçisi Yaşar Nəsirov Azərbaycan Güləş Federasiyası (AGF) tərəfindən mükafatlandırılıb.

AZƏRTAC xəbər verir ki, mütəxəssis Ukrayna və Azərbaycan arasında dostluq əlaqələrinin inkişafındakı roluna görə fəxri mükafata layiq görülüb.

Azərbaycanlı məşqçiyə mükafatı ötən ay Bakıda keçirilmiş U-23 Avropa çempionatı zamanı Azərbaycan Güləş Federasiyasının İcraiyyə Komitəsinin üzvü, Olimpiya çempionu Namiq Abdullayev təqdim edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
2
azertag.az

3Mənbələr