AZ

"Rəqabət artsa, çoxlu otellər açılarsa, qiymətlər də aşağı enər" - İqtisadçı

"Rəqabət artsa, çoxlu otellər açılarsa, qiymətlər də aşağı enər" - İqtisadçı

Yay aylarında hər kəs öz büdcəsinə uyğun olaraq istirahətə çıxmağa çalışır. Amma bir çox otellərin qiymətləri olduqca yüksəkdir. Bu qiymətlər necə tənzimlənir. Otellərin qiymətlərini aşağı salmaq üçün hansı addımlar atıla bilər?

Məsələ ilə bağlı iqtisadçı Emin Qəribli Sonxeber.az-a açıqlama verib.

İqtisadçı bildirib ki, investırların sayı çox olsa, otellərin qiymətləri də aşağı enər:

"Otellərə nəzər yetirsək görərik ki, demək olar ki, dolub. Dövlət müəssisələri və həmkərlar ittifaqıda məzuniyyətin müəyyən hissəsinin ödənişini edir. Kifayət qədər qane edən məbləq olur. Büdcəsi az olan şəxslər kəndlərdə ev tutmağa üstünlük verir. Həm restoranlara, həm də otellərə diqqət yetirsək yerlərin dolu olduğunu görürük.

Yerin olmaması onu göstərir ki, bu sahəni inkişaf etdirmək lazımdır. İnvestırların sayı çox olsa, otellərin qiymətləri də aşağı enər. Bunu tənzimləmək üçün iki yol var. Həmkarlar ittifaqı əhaliyə yardımlar etməsi, bacaqrdığı qədər edir. İkinci yol isə bu sahədə rəqabətin artırılması. Rəqabət artsa, çoxlu otellər açılarsa qiymətlər də enər. Azərbaycanın ayrı-ayrı bölgələrində Xəzər dənizin sahilində kifayət qədər yer var. Xaçmaz rayonun Nabran bölgəsi olduğu kimi digər bölgələrində azad iqtisadi zonalar yaratmaq olar. Bununlada investisiya axını baş verər. Bu da öz növbəsində xarici turistləri ölkəyə cəlb edər və qiymətlərdə enişinə gətirib çıxarar".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
sonxeber.az

1Mənbələr