AZ

Zəngəzur dəhlizi region ölkələrinin problemlərini çözəcək- ÖZƏL

"Regionda çox mühim lahiyələr icra olunması planlanır və bu lahiyələrin icra olunması üçün Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanmalıdır".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev qeyd edib:

"Ceyms O'Braynın dediyi də məhz bu məsələdir. Azərbaycan və Ermənistan arasında olan məsələ öz həllini tapmalıdır ki, nəhayətində regional əməkdaşlıq qurulsun. Göründüyü kimi, regional əməkdaşlığın, kommunikasiya xətlərinin qurulmasında böyük dövlətlər də maraqlıdır. Burda Zəngəzur dəhlizi çox əhəmiyyətlidir. Zəngəzur dəhlizi təkcə region ölkələrində yox, ümumilikdə region ölkələrinin problemlərini çözəcək, mühim əhəmiyyətə malik geniş layihədir. Çinlə Qərb ölkələri arasında əsas yol funksiyasını öz üzərinə götürə bilər. Zəngəzur dəhlizi Çindən Avropaya uzanab yolun əsas halqasını təşkil edəcək böyük layihədir. Bu yolların açılması üçün Azərbaycan və Ermənistan arasında sülhün əldə olunması çox vacib şərtdir. Buna görə də O'Braynın dediyi məsələ həqiqətə uyğundur. Bu, region və mərkəzi Asiya üçün mühim məsələdir. Əsas da Zəngəzur dəhlizi Qərbin Mərkəzi Asiya ölkələrinə giriş qapısıdır. Ümumilikdə regionda kommunikasiya xətlərinin açılması Azərbaycan və Ermənistan arasında olacaq sülh müqaviləsi üçün çox mühim əhəmiyyət kəsb edir. Bunun üçün Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanmalıdır. Məhz həmin müqavilənin Azərbaycan və Ermənistan arasında münaqişənin baş vermə səbəbindən uzun müddət Mərkəzi Asiya ölkələri birtərəfli qaydada inkişaf səviyyəsini götürdülər. Onların Qərb dünyasına inteqrasiya prosesi demək olar ki, bu yolla baş tutmadı. Ticari əlaqələr inkişaf etmədi. Kommunikasiya xətləri açıldıqda, regional əməkdaşlıq mühiti qurulduqdan sonra digər dövlətlər üçün də maraqlı olacaq. Məhz buna görə bu prosesin qarşısını almaq istəyən var. Ermənistan özü də başa düşməlidir ki, necə qlobal əhəmiyyətli məsələləri gecikdirir. Bunda maraqlı olan ölkələr də Ermənistanı tənbehləməlidirlər".

Qiymət Mahir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
olaylar.az

1Mənbələr