AZ

ABŞ Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına çalışır – Politoloq

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Braynın Azərbaycan səfəri gözlənilir.

Politoloq Oqtay Qasımov Herbiand.az-a Ceyms O’Braynın Azərbaycan səfərini şərh edərkən bildirib ki, ABŞ Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına çalışır. ABŞ dövlət katibinin köməkçisinin səfərində bu məsələlərin müzakirəsi planlaşdırılır:

“Ceyms O’Braynın verdiyi açıqlamadan da görünür ki, O Bakıda Azırbaycan-Ermənistan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı Amerikanın mövqeyini bir daha təqdim etmək üçün ölkəmizə səfər edir. Amerika nəyin bahasına olursa-olsun sülh müqaviləsinin imzalanmasına çalışır. Amma təbii ki, Amerika ilə Azərbaycanın mövqelərində ciddi fərqlər var. Belə ki, ABŞ Ermənistanın konstitusiyasında Azərbaycana qarşı əks olunan ərazi iddiaları ilə bağlı müddəalar dəyişdirilmədən də sülh müqaviləsinin imzalanmasını istəyir. Azərbaycan isə qəti şəkildə razı deyil. Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi əgər konstitusiya dəyişikliyi olmayacaqsa və Azərbycana qarşı ərazi iddiaları qanunvericilik aktlarında qalacaqsa, o zaman sülh müqaviləsinin imzalanması problematik olacaq. Yəni Azərbaycan bunu imzalamayacaq. Və ABŞ ilə Azərbaycan arasında aparılacaq müzakirədə məhz Azərbaycan öz mövqeyini bir daha təqdim edəcək. ABŞ-ın nəzərinə çatdırılacaq ki, onlar bölgədə doğrudan da sülhə maraqlıdırlarsa, o zaman Ermənistana təzyiq edərək bu məsələlərin həllinə nail olmalıdırlar. Eyni zamanda Azərbaycana minalanmış ərazilərin dəqiq xəritələri verilməlidir”.

Politoloqun sözlərinə görə, müzakirələrdə Zəngəzur dəhlizinin açılması məsələsi də nəzərdə tutulanlar arasındadır:

“Belə ki, Ceyms O’Brayın bu məsələ ilə bağlı fikirlərini də bildirib. Və o qeyd edib ki, ABŞ Orta Asiyadan daşınan yüklərin Rusiya və Çin üzərindən deyil, orta dəhlizdən Azərbaycan-Gürcüstan, Azərbaycan-Ermənistan-Türkiyə üzərindən daşınmasının tərəfdarıdır. Yəni ABŞ-ın niyyəti budur. Azərbaycanın da mövqeyi bəllidir. Təbii ki, Azərbaycan da öz mövqeyində israrlıdır. Və ABŞ-ın nəzərinə çatdırılacaq ki, onlar doğrudan da öz maraqlarını təmin etmək istəyirlərsə, ilk olaraq Ermənistanın sürətlə silahlandırılması dayandırılmalıdır. Belə ki, ABŞ da bu prosesi dəstəkləyən ölkələr sırasındadır. İkincisi, Ermənistan konstitusiya dəyişikliklərinə getməli, qanunvericilik aktları ləğv olunmalıdır”.

Elnurə İSAXAN

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
herbiand.az

1Mənbələr