AZ

Georgi Mamardaşvili AÇ-2024-də rekorda imza atdı

Gürcüstan millisinin qapıçısı Georgi Mamardaşvili Avropa çempionatlarında bir rekordu təkrarlayıb, digərini isə müəyyənləşdirib.

Arena.az bu barədə “Opta Sports” statistik internet-portalına istinadən məlumat verir.

Gürcü qapıçı AÇ-2024-ün qrup mərhələsinin 3 oyununda 21 qurtarış edib. Bununla da o, qitə çempionatının qrup mərhələsində latviyalı qapıçı Aleksandr Kolinkonun nailiyyətini təkrarlayıb.

Həmçinin Mamardaşvili xG göstəricisi üzrə hər oyunda ehtimal edilən 3,6 qolun qarşısını alıb ki, bu da XXI əsrdə Avropa çempionatlarında mütləq rekorddur.

Georgi Mamardaşvili futbola “Qaqra” klubunda qədəm qoyub. Gürcü qapıçı karyerası ərzində “Dinamo” (Tiflis), “Rustavi”, “Lokomotiv” (Tiflis) və “Valensiya”da çıxış edib.

“Valensiya” gürcü qapıçını 2021-ci ilin iyulunda Tiflis “Dinamo”sundan icarəyə götürüb, 2022-ci ilin yanvarında isə 850 min avro məbləğ müqabilində tamhüquqlu əsasda heyətinə qatıb. Mamardaşvilinin “Valensiya” ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Geridə qalmış 2023/2024-cü illər mövsümündə gürcü qapıçı “yarasalar”ın heyətində bütün yarışlarda 37 oyuna çıxıb, 41 qol buraxıb, 13 oyunda isə qapısının toxunulmazlığını təmin edib.

Mamardaşvilinin “Valensiya”nın heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 100 oyun, 112 buraxılmış qol, 31 “quru” oyun.

Mamardaşvili 2021-ci ilin sentyabrında debüt etdiyi Gürcüstan millisinin heyətində 20 oyun keçirib, 31 qol “yeyib”, 7 oyunda isə qapısını “quru” saxlamağı bacarıb.

Georgi Mamardaşvilinin böyük futbolda heç bir qəniməti olmasa da, 2019/2020-ci illər mövsümündə gürcü qapıçı Tiflis “Lokomotiv”inin heyətində mövsümün qapıçısı seçilib.

“Transfermarkt” internet-portalı 23 yaşlı qapıçının transfer dəyərini 35 milyon avro məbləğidə qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
arena.az

1Mənbələr