AZ

"Kağız üzərində favorit ola bilərsən, amma..." - Domeniko Tedesko

Belçika millisinin baş məşqçisi Domeniko Tedesko Avropa çempionatının qrup mərhələsinin 3-cü turunda Ukraynaya qarşı keçirdikləri oyunu (0:0) şərh edib.

Fanat.Az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, mətbuat konfransında belə danışıb:

"Qalib gəlmək üçün əlimizdən gələn hər şeyi etdik. Qol vurmaq üçün çox çalışsaq da, alınmadı. Kağız üzərində favorit ola bilərsən, amma bunu meydanda göstərməlisən. Avropa çempionatında zəif rəqib olmur. Ukrayna millisinin heyətində kifayət qədər səviyyəli futbolçular var. Komandamla fəxr edirəm. Sona qədər yaxşı mübarizə apardıq. Qrupumuzdakı mübarizə çoxlarının düşündüyündən daha çətin oldu".

Qeyd edək ki, Belçikanın yer aldığı qrupda bütün komandalar 4 xal toplayıblar. "Qırmızı şeytanlar" qrup ikincisi qismində 1/8 finala yüksəliblərsə, Ukrayna sonuncu olub.

Nihat

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
fanat.az

1Mənbələr