AZ

Sautqeyt istefaya işarə etdi

Qaret Sautqeyt komandanın tənqid edilməsi fonunda İngiltərə millisinin baş məşqçisi vəzifəsindən istefa verə bilər.



Komanda.az “Goal”-a istinadən xəbər verir ki, ingiltərəli çalışdırıcı millidən gedə biləcəyinə işarə edib:



“Bizim dünyamız indi fərqlidir və hiss edirəm ki, bu, mənə görədir. Bunu dəyişdirmək fikrində deyiləm, ona görə də, buna enerji sərf etməyin mənası yoxdur. Geri çəkilmək fikrində deyiləm. Mənə qarşı olan hissləri başa düşürəm, lakin komandanın dəstəklənməsini istəyirəm”.



İngiltərə yığması Avropa çempionatında qrupda 1-ci yeri tutsa da, parlaq oyun nümayiş etdirməyib. Serbiya (1:0), Danimarka (1:1) və Sloveniya (0:0) ilə matçlarda Sautqeytin komandası cəmi iki qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin Etiketlərİngiltərə Qaret Sautqeyt

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
komanda.az

1Mənbələr