AZ

James Webb, Yupiterin yuxarı atmosferində təəccübləndirici formalar tapıb!

     Köhnəlmiş Hubble Kosmik Teleskopunu əvəz edən James Webb Kosmik Teleskopu, yeni məlumatlar göndərməyə davam edir. Avropa Kosmik Agentliyinin (ESA) verdiyi açıqlamaya görə, alimlər James Webb teleskopu ilə Yupiterdəki Böyük Qırmızı Ləkənin üstündəki atmosferi tədqiq ediblər. Mütəxəssislər hesab edirlər ki, təbiətcə qeyri-adi hesab edilən bölgədə qaranlıq qövslər və parlaq ləkələr kimi müxtəlif mürəkkəb strukturlar var.     Mütəxəssislər bölgədən yayılan işığın normal olaraq günəş işığından qaynaqlandığını və Yupiterin atmosferinin yuxarı hissəsinin forma və quruluşunu dəyişdirən başqa bir mexanizmin ola biləcəyini bildiriblər.     Mütəxəssislər fırtınanın atmosferin yuxarı hissəsinə çatana qədər yuxarıya doğru hərəkət edən qravitasiya dalğaları yaratdığını, zirvəyə çatdıqda isə qırıldığını bildiriblər. Yupiterdə davamlı yüksək təzyiq bölgəsi olan Böyük Qırmızı Ləkə, ətrafdakı fırtınaların dinamik üfüqi hərəkətinə qarşı öz siklon formasını saxlamağı bacarır. İlk dəfə 1664-cü ildə İngilis astronom Robert Hooke tərəfindən kəşf edilən Böyük Qırmızı Ləkə, Yerdən 4 dəfə böyük ərazini əhatə edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
1
technote.az

2Mənbələr