AZ

Büdcəli Samsung Galaxy A06-nın texniki imkanları ortaya çıxıblar

     Samsung bu ilin sonuna kimi keçən ilki Galaxy A05 adlı büdcəli smartfonun davamçısını təqdim etməlidir. Söhbət, Galaxy A06-dan gedir. İndi isə Galaxy A06-nın texniki imkanları barəsində məlumatlar ortaya çıxıblar. Beləliklə ortaya çıxmış məlumatlara əsasən smartfon 6.7 düym ölçülü ekranı əldə edəcək və xarici görünüşcə keçən ilki Galaxy A05-ə bənzəyəcək. Bununla yanaşı smartfon MediaTek Helio G85 prosessoru vasitəsilə çalışacaq və 4 GB RAM-ı əldə edəcək. Galaxy A06 özündə 50 MP-lik əsas arxa kameranı birləşdirməli və qutudan Android 14-ü əldə etməlidir. Bununla yanaşı sözügedən smartfon Geekbench bençmarkının testlərindən də keçib. Smartfon Geekbench-in bir nüvəli testi çərçivəsində 1647 xal, çox nüvəli testi çərçivəsində isə 5338 xal toplayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
technote.az

1Mənbələr