AZ

iPhone 16 Pro-larda olacaq A18 Pro prosessoru süni zəka performansında Apple M4-ü geridə qoya bilər

     Sentyabr ayında təqdim olunacaq iPhone 16 smartfon seriyasının iPhone 16 Pro və iPhone 16 Pro Max modellərinin A18 Pro prosessoru vasitəsilə çalışacaqları gözlənilir. Gözləntilərə əsasən A18 Pro prosessoru sayəsində iPhone 16 Pro modelləri süni zəka performansı mövzusunda hətta professional iPad Pro planşetlərini geridə qoyacaqlar. Bu yeni prosessor smartfonlardakı süni zəka imkanlarını daha üst səviyyəyə yüksəltməlidir. Bunun əsas səbəbi isə prosessorun güclü neyron çipinə (NPU) sahib olacağıdır.     Bəzi məlumatlara əsasən A18 Pro-nun tərkibindəki NPU hələ bir neçə müddət bundan öncə təqdim edilmiş iPad Pro 2024 planşetinin sahib olduğu M4 prosessorunun tərkibindəki NPU-dan daha güclüdür. Məlumatlara inansaq, A18 Pro-nun tərkibindəki NPU-nun performans göstəricisi 45 TOPS təşkil edə bilər. Müqayisə üçün qeyd etmək lazımdır ki, iPad Pro 2024-ün sahib olduğu M4 prosessorunun NPU performansı 38 TOPS, iPhone 15 Pro modellərində istifadə edilən A17 Pro prosessorunun NPU performansı isə 35 TOPS təşkil edir. Bundan əlavə olaraq A18 Pro-nun NPU performansı üstəlik Qualcomm-un Snapdragon X Elite adlı desktop prosessorunun NPU performansını da geridə qoya bilər. 

Seçilən
14
technote.az

1Mənbələr