AZ

Azarkeş tribunadan Ronaldonun üzərinə tullandı – Video


Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldo 2024-cü il Avropa çempionatının qrup mərhələsinin 3-cü turunda Gürcüstana qarşı oyundan sonra azarkeşin “hücumuna” məruz qalıb.
Yeniavaz.com
xəbər verir ki, hadisə oyunun keçirildiyi Gelzenkirzen şəhərindəki “Feltins Arena”da baş verib.
Belə ki, azarkeş tribunadan tullanaraq, az qala Portuqaliya yığmasının kapitanı Kriştianu Ronaldonun üzərinə düşüb. Ronaldo meydanı tərk edərək, tribunaların altındakı otağına getmək istəyərkən, bir azarkeş özünü pilləkənlərdən aşağı atıb. Stüardlar Ronaldonu azarkeşdən son anda ayırıblar.

Qeyd edək ki, Portuqaliyanın Gürcüstanla keçirdiyi oyun 2:0 hesabı ilə Gürcüstanın xeyrinə başa çatıb.
Xatırladaq ki, bundan əvvəl Portuqaliya və Türkiyə milliləri arasında keçirilən oyunda gənc azarkeş meydançaya qaçaraq, Ronaldo ilə selfi çəkdirib. Azarkeşlərin meydana çıxması turnirin digər oyunlarında da qeydə alınıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
yeniavaz.com

1Mənbələr