AZ

Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalanarsa…- ÖZƏL

"ABŞ və Qərbin maraqları son vaxtlar Cənubi Qafqazda Azərbaycan və Ermənistan arasında sülh sazişinin mümkün qədər tez imzalanmasını tələb edir".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib:

"Hazırda bu prosesə əsas əngəllərdən biri Fransa hesab olunur. Yalnız Fransanın maraqlarına cavab vermir ki, Cənubi Qafqazda sülh prosesi uğur qazansın. Əksər Qərb siyasi dairələri hesab edirlər ki, Avropa və Asiyanın ticari-iqtisadi əlaqələrinin genişlənməsi üçün Cənubi Qafqazda sülh prosesinin uğur qazanması vacibdir. Əgər Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalanarsa, o zaman Zəngəzur dəhlizinin açılması da asanlaşar. Bu halda Zəngəzur dəhlizi üzərindən, yəni Avropadan Türkiyəyə, Türkiyədən Ermənistandakı Zəngəzur dəhlizinə, ordan Azərbaycana, Xəzər dənizi üzərindən Orta Asiyaya ticari-iqtisadi əlaqələr qurular".

M.Qiymət

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
olaylar.az

1Mənbələr