AZ

Türkiyə Boliviyada çevriliş cəhdindən dərin narahatlığını ifadə etdi

 

  Türkiyə Boliviyada çevriliş cəhdi xəbərlərindən dərin narahatlığını ifadə edib. Sözügedən mövzu ilə bağlı Türkiyə Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada bildirilir: “Seçilmiş Boliviya hökumətinə qarşı çevriliş cəhdi ilə bağlı xəbərlərdən çox narahatıq. Boliviyada demokratik nizam və sabitlik mühiti tez bir zamanda bərpa olunacağına ümid edirik.

  Türkiyə hər cür çevriliş və hərbi müdaxilənin əleyhinə olduğunu bir daha bildirir və qanuni hökumətləri devirməyə yönəlmiş bütün hərəkətləri qətiyyətlə qınayır”.

  Qeyd edək ki, Boliviya prezidenti Luis Arseyə qarşı ölkənin bəzi hərbi birlikləri hərəkətə keçib. Hökumət ordudan demokratiyaya hörmət qoyulmasını xahiş edib.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
trt.net.tr

1Mənbələr