Rusiyanın Komi Muxtar Respublikasında hərəkətdə olan sərnişin qatarının relsdən çıxması nəticəsində 70-ə yaxın insan xəsarət alıb.
Rusiya Dəmir Yollarının Mətbuat Xidmətindən verilən məlumata görə, Komi vilayətində Vorkutadan Novorossiyskə gedən sərnişin qatarının 14 vaqonundan 9-u relsdən çıxıb.
Hadisə yerinə xilasetmə və tibb qrupları göndərilib. Qatarda olan 215 sərnişindən təxminən 70-nin yaralandığı, 10-nun vəziyyətinin ağır olduğu bildirilib.
İlkin məlumata görə, selin dəmir yoluna ziyan vurması qəzaya səbəb olub və Şimal-Qərb Nəqliyyat Prokurorluğu tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.