AZ

Tullantıların təkrar emalı ətraf mühitin mühafizəsi üçün böyük əhəmiyyət kəsb edir - Muxtar Babayev

Bakı. Trend:

Tullantıların təkrar emalı müasir iqtisadiyyatda mühüm roloynayır, həmçinin ətraf mühitin mühafizəsi üçün böyük əhəmiyyətkəsb edir.

Trend xəbərverir ki, bu barədə ekologiya və təbii sərvətlər naziri, COP29-unprezidenti Muxtar Babayev Bakıda keçirilən "Yaşıl dünya naminəHəmrəylik: Dayanıqlı gələcək üçün tullantıdan dəyərə" adlıbeynəlxalq forumda çıxışında deyib.

Onun fikrincə, tullantıların təkrar emal üsullarının artması, buprosesə innovasiyaların tətbiqi resursların səmərəli istifadəsinitəmin edir və xammala ehtiyacı azaldır.

Ətraf mühitin plastik tullantılarla çirklənməsinə toxunan nazirbunu ən ciddi ekoloji problemlərdən biri adlandırıb.

"Plastik tullantılar probleminin həlli üzrə addımlarda BMT-ninƏtraf Mühit Proqramının (UNEP) aparıcı rolunu qeyd etmək istərdim.UNEP ölkələr arasında əməkdaşlığı möhkəmləndirməklə plastiktullantılarla mübarizə üzrə qlobal təşəbbüs və proqramlarıninkişafını dəstəkləyir", - deyə M.Babayev vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycanda bu sahəyə xüsusi diqqətyetirilir. O xatırladıb ki, 2019-cu ildən qalınlığı 15 mikronaqədər olan polietilen paketlərin, eləcə də birdəfəlik plastiklərinidxalı, istehsalı və satışı qadağan edilib. Bazarlarda 15-50 mikronqalınlığında polietilen paketlər alıcılara müəyyən ödənişqarşılığında təklif olunur.

Nazir tibbi tullantılar probleminə də diqqət yetirib.

"Tibbi tullantılar ətraf mühit və insan sağlamlığı üçün cidditəhlükə yarada bilər. Bu səbəbdən tibbi tullantıların toplanması,çeşidlənməsi, daşınması və utilizasiyası üçün müasir üsul vətexnologiyalar tətbiq etməliyik", - o deyib.

Nazir qeyd edib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyitərəfindən Bakı və digər rayonların sakinlərininmaarifləndirilməsi, tullantıların çeşidlənməsi, akkumulyator, şüşə,plastik və digər növ xammalların toplanması və təkrar emalayönəldilməsi üçün praktikaların formalaşması istiqamətində genişmaarifləndirmə tədbirləri həyata keçirilir.

""Təmiz ölkəm", "Təmiz hövzələr" kimi təmizlik aksiyalarıkeçirilir. Bu kimi addımlar Sıfır tullantı konsepsiyasını həyatakeçirməyə kömək edir. Baxış nöqtəmizi dəyişdirməklə və tullantılarıqiymətli resurs kimi nəzərdən keçirməklə bir çox iqtisadi, ekolojivə sosial faydalar əldə etmək olar. Bu dəyişikliklər dövlətsiyasəti, özəl sektorda innovasiyalar və vətəndaşların fəaliştirakını əhatə edən kollektiv səylər tələb edir.

2022-ci ildə Azərbaycan Türkiyənin təşəbbüsü ilə irəli sürülmüş"Bütün dünyada, ortaq evimizdə sıfır tullantı üzrə qlobal öhdəlik"Bəyannaməsinə qoşulub. Hazırda bu istiqamətdə Türkiyə ilə fəaləməkdaşlıq edirik və birgə layihələrin həyata keçirilməsi nəzərdətutulur. Bu cür əməkdaşlıq bizə tullantıların azaldılması və təkraremalı sahəsində müsbət nəticələr əldə etməyə imkan verir", - deyə oəlavə edib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
az.trend.az

1Mənbələr