AZ

Gürcüstan yığmasının qapıçısına təklif

Gürcüstan yığma komandasının qapıçısı Giorgi Mamardaşvili komandasını dəyişə bilər. Matc.az xəbər verir ki, "Valensiya"nın formasını geyinən qolkiper İtaliyada köçməyə yaxındı. Belə ki, onunla A seriyasının bir neçə klubu yaxından maraqlanır. Xüsusən, uzun illərdən sonra yüksək dəstəyə qayıdan "Komo" bu transferin baş tutmasında israrlıdı. “Valensiya” rəhbərliyi Mamardaşvilini 49 milyon avroya satmağa hazırdı. Futbolçunun yeni klubunun adına AVRO-2024-dən sonra aydınlıq gələcək. Qeyd edək ki, Mamardaşvili “Valensiya”ya 2022-ci ildə "Dinamo"dan (Tbilisi) keçib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
matc.az

1Mənbələr