Bakı, 27 iyun, AZƏRTAC
Sertifikasiya imtahanının nəticəsinə əsasən işdən ayrılan müəllimlər müsabiqədə yüksək nəticə göstərmiş müəllimlərlə əvəz olunur.
AZƏRTAC xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2024: peşəkar müəllim - keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə deyib.
O bildirib ki, müəllimlərin sertifikatlaşdırılması nəticəsində yaranmış vakant saatlar müəllim sıxlığı müşahidə olunan müəssisələrdə həmin müəssisənin müəllimləri arasında bölünür. Nazir qeyd edib ki, bunun nəticəsində müəssisə üzrə orta dərs yükü artır.