AZ

Xaçmazın üçüncü şəhidi də dəfn olundu - FOTO/VİDEO

Xaçmazın üçüncü şəhidi Adığözəl Əmirsultan oğıu Qasımovu  doğulduğu torpaq bu gün qoynuna alıb. 31 il əvvəl Laçında itkin düşmüş Adığözəl Birinci  Şəhidlər Xiyabanında naməlum döyuşçü kimi  dəfn olummuşdu.

Bizim.Media xəbər verir ki, rəsmi qaydada şəxsiyyəti məlum olan  Adığözəl Qasımovun cənazəsi əvvəlcə Keymərəz kəndindəki ata evinə  gətirilib. 

Vida mərasimindən sonra 5 qardaşın 3-cüsü olan Adığözəl kənd məzarlığında dəfn edilib.

Cənazəsi bükülmüş bayraq onun əmanəti kimi qardaşına verilib.

Qardaşı Ağasultan Qasımov Bizim.Media-ya Adığözəlin  cəbhəyə könüllü getdiyini açıqlayıb.
 











Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
1
bizim.media

2Mənbələr