AZ

Sahibə Qafarova Liviya Dövlətinin Azərbaycandakı səfirini qəbul edib (FOTO)

Bakı. Trend:

Milli Məclisin sədri Sahibə Qafarova Liviya DövlətininAzərbaycan Respublikasındakı səfiri Ali Salem Nasiri qəbuledib.

Parlamentdən Trend-ə verilənməlumata görə, görüşdə ölkələrimiz arasında mövcud olan dostluqmünasibətlərindən danışılıb, siyasi münasibətlərin yaxşı səviyyədəolduğu qeyd olunub. Vurğulanıb ki, ikitərəfli əlaqələrin digərsahələrdə də inkişafı üçün geniş imkanlar mövcuddur.

Söhbət zamanı bildirilib ki, Azərbaycan və Liviya beynəlxalqtəşkilatlar çərçivəsində də bütün məsələlərlə bağlı qarşılıqlıdəstək nümayiş etdirirlər. Həm işğal dövründə, həm də işğaldansonra Liviya daim ölkəmizin ərazi bütövlüyünə dəstək verib.

Söhbət zamanı, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatıçərçivəsində də əməkdaşlığın yüksək səviyyəsindən razılıq ifadəolunub. Liviya tərəfinin Qoşulmama Hərəkatı çərçivəsində keçiriləngörüşlərdə yüksək səviyyədə təmsil olunması məmnunluqla qeydolunub.

Görüşdə parlamentlərimiz arasında da əməkdaşlığıngenişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Buistiqamətdə də əlaqələrin dərinləşdirilməsi üçün imkanların mövcudolduğu diqqətə çatdırılıb.

Qeyd olunub ki, ölkələrimizin qanunverici orqanları arasındaəməkdaşlığın genişləndirilməsi üçün mühüm mexanizmlərdən biri dəAzərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılan Qoşulmama HərəkatıParlament Şəbəkəsidir. Spiker Sahibə Qafarova Parlament Şəbəkəsininfəaliyyəti haqqında diplomata məlumat verib. Bildirilib ki, Liviyaparlamenti şəbəkənin tədbirlərində iştirak edir. Qeyd olunub ki,Liviya Nümayəndələr Palatası sədrinin 1-ci müavini Fouzi SalimŞəbəkənin Bakı Konfransında iştirak edib və bu tədbirdə AfrikaQrupundan Parlament Şəbəkəsi sədrinin müavini seçilib.

Görüşdə Ali Salem Naser 26 iyun – Silahlı Qüvvələr Günümünasibətilə təbriklərini çatdırıb. O, səfir kimi fəaliyyətidövründə ölkələrimiz və xalqlarımız arasındakı əlaqələrinmöhkəmlənməsi istiqamətində səylərini əsirgəməyəcəyini söyləyib.Diplomat, Azərbaycanın həm Qoşulmama Hərəkatına sədrliyi dövründə,həm də digər mühüm beynəlxalq təşkilatlarda fəaliyyəti çərçivəsindəhəyata keçirdiyi mühüm tədbirlərin əhəmiyyətini qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikirmübadiləsi aparılıb.

Sahibə
Sahibə
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
2
az.trend.az

9Mənbələr