AZ

İŞİD-lə əlaqədə şübhəli bilinən əcnəbilər saxlanıldı

Türkiyə polisi İstanbulda İŞİD terror qruplaşması ilə əlaqədə şübhəli bilinən on əcnəbini saxlayıb.

Redaktor.az "Anadolu" agentliyinə instinadla xəbər verir ki, 17 ünvanda əcnəbi terrorçu kimi dövlət üçün təhlükə törətməkdə şübhəli bilinən şəxslərin saxlanılması istiqamətində əməliyyat keçirilib.

Polisin tədbirləri nəticəsində on əcnəbi saxlanılıb, barələrində istintaq-əməliyyat tədbirləri başlanılıb.

Şübhəlilərin milliyyəti isə açıqlanmır.

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya daha əvvəl 6 vilayətdə 30-dan çox İŞİD-lə əlaqədə şübhəli bilinən şəxsin saxlanıldığını, 3,5 mindən çox şübhəlinin saxlanıldığını açıqlayıb.

Oxşar əməliyyatlar Türkiyədə mütəmadi olaraq həyata keçirilir.

Yusif SƏMƏDZADƏ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
3
redaktor.az

4Mənbələr