AZ

“Bundan sonra Fransanın Ermənistanı dəstəkləmək istəyi zəifləyəcək”-ŞƏRH

“ABŞ-ın Cənubi Qafqazda sülhü təmin etmək məqsədi açıq şəkildə hiss olunur. ABŞ dövlət katibi Entoni Blinkinin səfəri, ölkə prezidentinin açıqlamaları, məktubları və telefon danışıqları da bunu sübut edir”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Fikrət Sadıxov deyib.

Onun sözlərinə görə, Fransanın “silahlandırma” istəyi ABŞ-da qıcıq doğurur:

“Çünki Parisin mövqeyi heç də sülhü dəstəkləmir. Vaxtilə Fransanın Ermənistana sülhməramlı göndərmək məqsədi var, ancaq sonra bundan da imtina olundu. Bunlar isə özü-özlüyündə son zamanlar ABŞ-la Fransa arasında anlaşılmazlıqlara gətirib çıxarır. Əminəm ki, Fransada yaxın gələcəkdə müəyyən siyasi dəyişikliklər olacaq. Çünki yaxın zamanlarda parlamentdə seçkilərin keçiriləcəyi gözlənilir. Bundan sonra Fransanın açıq şəkildə Ermənistanı dəstəkləməsi, hərbi texbika ilə təmin etməsi məsələləri zəifləyəcək. Ancaq ABŞ-ın Cənubi Qafqazla bağlı mövqeyi Fransa ilə müqayisədə daha stabil və konkretdir”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
78
editor.az

1Mənbələr