Böyük Britaniyada iyulun 4-də keçiriləcək parlament seçkisindən əvvəl son debat baş tutub.
NOCOMMENT.az xəbər verir ki, Baş nazir Rişi Sunak və Leyboristlər partiyasının lideri Keir Starmer BBC-nin canlı efirində qarşı-qarşıya gəliblər.
Əsas müzakirə mövzusu ölkəni cənginə alan miqrasiya problemi olub. Sunak bəzi miqrantları Ruandaya göndərmək planını “çəkindirici” adlandırsa da, Starmer bu planın işləmədiyini deyib.