AZ

Video / Sosial"50" nömrəli avtobusdakı problemlərlə bağlı AÇIQLAMA - VİDEO - YENİLƏNİB

SİZİN REKLAM BURADA!055 213 76 73

Suraxanı rayonu yeni Günəşli qəsəbəsi üz hərəkət edən "50" mömrəli avtobusda yaranan problemlərə aydınlıq gətirilib. 

Bu barədə BAKU.WS-ə 50 saylı marşurutun dəstə rəhbəri Tanrıverdiyev Tahir açıqlama verib.

O bildirib ki, həmin gün avtobusda kartla işləyən aparat çalışmayıb. Belə olan halda sürücü sərnişinə etiraz edərək nəqliyyat vasitəsini sürməyəcəyin bildirib:

"Kartla işləyən aparat həmin gün nasaz olub və işləməyib. Belə olan halda sürücünün avtobusu idarəetməsi qadağandır. Sürücü həmin vaxt texniki servisə zəng vurur. Gəlib onu təmir edib düzəldirlər. Sərnişin isə sürücüdən tələb edib ki, avtobusu sürsün. Belə olmaz". 

Dəstə rəhbəri marşurut xəttinin 40-45 dəqiqə intervalla hərəkət etməsi məsələsinə də toxunub. O bildirib ki, bu yanlış informasiyadır:

"İntervalın 40-45 dəqiqə aralıqla olması məlumatı yalandır. Biz gündəlik olaraq xəttə 12-14 avtobus buraxırıq. Sərnişinlər çox olanda daha çox avtobus xəttə buaxılır. İntervalın 40-45 dəqiqə aralıqla olması xəbəri əsassızdır".

***09:56 27.06.2024

Paytaxtın Suraxanı rayonu yeni Günəşli qəsəbəsinin sakinlərinin marşurut problemi yaranıb.

BAKU.WS xəbər verir ki, sakinlər ərazi üzrə təyin edilmiş "50" mömrəli avtobusun sürücüsündən şikayətçidirlər.

Bu barədə BAKU.WS-in "Qaynar Xətti"nə video və məlumat daxil olub.

Sakinlər qeyd edib ki, gündəlik olaraq istifadə etdikləri avtobus 40-45 dəqiqə gecikmə intervalı ilə hərəkət edir. Bununla yanaşı sözügedən marşurut xəttinin sürücüsü sərnişinlərlə kobud rəftar edir. 

Avtobusda "BakıKART"la ödəniş üçün aparat yerləşdirilsə də, işləmir. Sürücü avtobusa minən sərnişinlərdən nəğd ödəniş etmələrini tələb edir. Bunu etmədikdə onların marşurutdan enmələrini istəyir.

Bəzi sərnişinlər ödənişi nəğd formada sürücünün arxasında əyləşən şəxsə verirlər. 

BAKU.WS sözügedən görüntüləri təqdim edir:

BAKU.WS VİDEO

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
far.az

1Mənbələr