AZ

Türkiyənin tabii platforması Netflix-i üstələyib

Bakı. TurkicWorld:

Türkiyənin TRT şirkətinə məxsus beynəlxalq rəqəmsal platforma 'tabii', həm Google Play Store, həm də App Store-da tətbiqlər arasında Netflix-i geridə qoyub.

TurkicWorld xəbər verir ki, TRT-nin qlobal arenada fərqindəlik formalaşdıran Beynəlxalq Rəqəmsal Platforması "tabii" ən populyar tətbiqlər arasında Netflix-i geridə qoyub.

Həm Google Play Store, həm də App Store-u əhatə edən məlumatlara görə, "tabii" platformayasına daha çox üstünlük verilib.

TRT-nin türk seriallarına olan beynəlxalq tələbi qarşılamaq və dəyişən izləmə vərdişlərinə fərqli həll yolları təklif etmək üçün qurduğu rəqəmsal platforma “təbii” ən populyar tətbiqlər arasında ikinci yeri tutub.

Qeyd edək ki, Netflix bu ilin birinci rübü üçün balans hesabatını açıqlamışdı.

Məlumatlara əsasən, şirkətin xalis mənfəəti birinci rübdə keçən ilin eyni dövrü ilə müqayisədə 18,3 faiz azalaraq 1,3 milyard dollara düşüb. Keçən ilin ilk rübündə isə Netflix-in xalis mənfəəti 1,6 milyard dollar olub.

Həmçinin, şirkətin bir səhm üzrə mənfəəti həmin dövrdə 3,53 dollardan 2,88 dollara qədər azalıb.

Netflix abunəçilərinin sayı ilin birinci rübündə təxminən 1,8 milyon nəfər artıb. Şirkətin dünya üzrə abunəçilərinin sayı artaraq 232,5 milyon nəfərə çatıb.

TRT-nin yerli və milli rəqəmsal platforması olan "tabii", "Bizi birləşdirin Hekayələr" şüarı ilə döyüş filimlərindən romantik komediyaya, detektivdən gənclik seriallarına qədər hər yaşa və zövqə uyğun məzmunu ilə ilk ilində 4 milyon üzvə çatmağı bacardı.

Qeyd edək ki, sosial mediada çox aktiv fəaliyyət həyata keçirən olan "tabii"-nin 5 dildə mövcud olan hesabları dünyanın hər yerindən 7 milyondan çox izləyicini əhatə edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
turkic.world

1Mənbələr